CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Qanunvericilikdə təkmilləşdirmələr bürokratik proseslərin qarşısını alır”

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, dəyişikliklər məlumatları rahat şəkildə əldə etməyə imkan verəcək
Sputnik

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər AllahverənovSputnik Azərbaycan-a deyir ki, vahid miqrasiya məlumat sistemində elektron icraat seqmenti təşkil edilir: “Bu, məhkəmə orqanları və ədliyyə sistemi üçün əcnəbilərin qeydiyyatı, yaşamaq icazəsi haqqında məlumatları rahat şəkildə əldə etməyə imkan verəcək. Qanunvericilikdə bu kimi təkmilləşdirmələr əlavə bürokratik proseslər keçmədən informasiya almağa şərait yaradır”.

Azər Allahverənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz