CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Atmosferə tullantı atan idarənin məsul şəxsi cəzalandırılıb

Təmizləyici qurğunun quraşdırılması üçün müvafiq idarəyə icrası məcburi olan "məcburi göstəriş" verilib".
Sputnik

BAKI, 17 avqust — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xızı rayonu Giləzi qəsəbəsində fəaliyyət göstərən 1 saylı Yol İstismarı İdarəsinə məxsus asfalt-beton qurğusundan atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, faktla bağlı idarənin məsul şəxsi Hidayət Rzayev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub.

Təmizləyici qurğunun quraşdırılması üçün idarəyə icrası məcburi olan "məcburi göstəriş" verilib.