CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Samuxda kombayn "Mercedes"in üstünü "biçdi": polis və sərnişini həlak oldular

Samuxda "Mercedes" markalı avtomobillə kombayn toqquşub, iki nəfər hadisə yerində dünyasını dəyişib.
Sputnik

BAKI, 16 avqust — Sputnik. Samuxda iki nəfərin ölümüylə nəticələnən ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Allahverdi Behbudovun idarə etdiyi kombaynla Gəncə Şəhər Nizami Rayonunun polis əməkdaşı, leytenant Elnur Çağırqanovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Qəza zamanı “Mercedes”in sürücüsü və onun sərnişini, Gəncə Şəhər ASAN xidmətin əməkdaşı Süleymanzadə Ləman Nazım qızı hadisə yerində həlak olublar.

Faktla bağlı Samux rayon prokurorluğunda cinayət işi açılıb.