CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saxlanılan kişi polis şöbəsində öldü

Onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə göndərilib
Sputnik

BAKI, 16 avqust — Sputnik. Hacıqabul Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, 1968-ci təvəllüdlü Məlikov İkram Həbib oğlunun şöbənin müvəqqəti saxlanma təcridxanasında öldüyü qeyd edilir.

Ehtimallara görə. adı çəkilən şəxs özünü asaraq intihar edib. Onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə göndərilib.

Faktla bağlı Hacıqabul Prokurorluğu tərəfindən araşdırma aparılır.