CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Silahlara istirahət: türkiyəli hərbçiləri gəzintiyə apardılar - FOTO

Qonaqlar Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edərək orada nümayiş etdirilən eksponatlarla tanış olublar
Sputnik

BAKI, 16 avqust — Sputnik. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə keçirilən birgə genişmiqyaslı təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin bir qrupunun istirahət günlərində gəzintisi təşkil olunub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadən bildirir ki, qonaqlar Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edərək orada nümayiş etdirilən eksponatlarla tanış olub və zəngin təəssüratlar əldə ediblər.