HADİSƏ

Gürcüstanda azərbaycanlı ailə qəzaya düşdü, dörd nəfər həlak oldu

Məmmədovlar ailəsi toydan qayıdarkən qəzaya düşüb. Qəzanı törədən sürücünün hadisə yerindən qaçdığı bildirilir
Sputnik

BAKI, 16 avqust — Sputnik. Gürcüstanın paytaxtı Tbilisinin yaxınlığında Kvemo Poniçala (Aşağı Soğanlıq) qəsəbəsində ötən gün axşam saatlarında ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, yüksək sürətlə hərəkət edən avtomobil öncə işıq dirəyinə çırpılıb, daha sonra isə piyadaları vurub.

Hadisə nəticəsində 25 yaşlı qadın və onun 4 yaşlı uşağı hadisə yerində dünyasını dəyişib. Xəsarət alan 4 nəfər xəstəxanaya çatdırılıb, ikisinin həyatını xilas etmək mümkün olmayıb. Onlardan biri 7 yaşlı uşaq olub.

Ölən və xəsarət alanlar Məmmədovlar ailəsinin üzvləridir. Onlar toydan qayıdarkən qəzaya düşüblər. 

Qəzanı törədən sürücünün hadisə yerindən qaçdığı bildirilir. Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.