HADİSƏ

Çimərlikdə həyəcanlı anlar: kimisi istirahətindən, birisi də maşınından oldu - VİDEO

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub.
Sputnik

BAKI, 16 avqust — Sputnik. Bakıda hərəkətsiz halda olan avtomobil yanıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Səbail rayonu, Şıx qəsəbəsində yerləşən çimərlikdə  qeydə alınıb.

Hadisə zamanı hərəkətsiz halda olan "Niva" markalı avtomobil qəfildən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.