SƏHİYYƏ

Çin də prosesə qoşulur - sınağı birgə keçirəcəklər

Virusoloq qeyd edib ki, Rusiya ölkədə koronavirusdan ölüm hallarını aşağı surətdə saxlamağa nail olub, bu səbəbdən də pandemiya şəraitində rusların təcrübəsi öyrənilməyə layiqdir
Sputnik

BAKI, 16 avqust — Sputnik. Çinin aparıcı virusoloqu, akademik Çjun Nanşan bildirib ki, ÇXR və Rusiya COVID-19 vaksininin birgə sınağını keçirməyi planlaşdırırlar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nanşan koronavirusla mübarizəyə həsr olunmuş Çin-Rusiya tibbi konfransında söyləyib.

Virusoloq qeyd edib ki, Rusiya ölkədə koronavirusdan ölüm hallarını aşağı surətdə saxlamağa nail olub, bu səbəbdən də pandemiya şəraitində rusların təcrübəsi öyrənilməyə layiqdir.

Nanşanın sözlərinə görə, Rusiyada vaksinlərin hazırlanması çox yüksək templə aparılır.

Xatırladaq ki, dünyada koronavirusa qarşı ilk peyvənd Rusiyada avqustun 11-də qeydə alınıb. Peyvənd "Sputnik V" adlandırılıb.

Rusiya alimləri infeksiayaya qarşı preparatın yaradılmasına 5 ay vaxt sərf ediblər.