SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ seçkiyədək NATO-dan çıxa bilər

"Bizim “oktyabr sürprizi” adlandırdığımız hadisənin gerçəkləşmə ehtimalı realdır, yəni Kim  Çen Inla bizim dördüncü sammitimizin olacağı vaxt"
Sputnik

BAKI, 16 avqust — Sputnik. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton hesab edir ki, Donald Tramp noyabrdakı seçkidən əvvəl ölkənin Şimali Atlantika Alyansından çıxacağını bəyan etməyə qadirdir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bolton İspaniyanın La Razon qəzetinə müsahibəsində deyib.

“Bilirəm, hələ təxminən üç ay var, amma Amerika siyasəti nöqteyi-nəzərindən bu, az qala əbədiyyətdir. Bizim “oktyabr sürprizi” adlandırdığımız hadisənin gerçəkləşmə ehtimalı realdır, yəni Kim  Çen Inla bizim dördüncü sammitimizin olacağı vaxt <...> O, seçkiyə qədər ya ABŞ-ın bütün hərbçilərinin Əfqanıstandan çıxarılmasına qərar verə bilər, ya da ölkənin NATO-nu tərk eləməsinə”, - Bolton deyib.

ABŞ-da sayca 59-cu prezident seçkisi noyabrın 3-nə təyin olunub. Demokratları seçkidə ölkənin keçmiş vitse-prezidenti Cozef Bayden, respublikaçıları isə hazırkı dövlət başçısı Donald Tramp təmsil edəcək.