CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Belə getsə, Binəqədi də ağ günə çıxacaq

"Xidmətin əməkdaşlarının nəzarəti altında Binəqədi rayon MKTB-nin əməkdaşları tərəfindən ərazi tullantılardan təmizlənib və əraziyə zibil konteynerləri yerləşdirilib".
Sputnik

BAKI, 16 avqust — Sputnik. Binəqədi rayonu G.Ramazanov küçəsində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı zibil qutularının olmaması səbəbindən tullantıların pərakəndə şəkildə ətrafa atıldığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib:

"Xidmətin əməkdaşlarının nəzarəti altında Binəqədi rayon MKTB-nin əməkdaşları tərəfindən ərazi tullantılardan təmizlənib və əraziyə zibil konteynerləri yerləşdirilib".