Çin və İtaliyadan gələn həkimlər burada ödənişsiz fəaliyyət göstərir

Qarayeva bildirib ki, bu qrup həkimlər ölkələr arasında olan əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər.
Sputnik

BAKI, 15 avqust — Sputnik. “Hazırda ölkəmizdə olan Çindən və İtaliyadan gələn işçi qrup hansısa ödəniş əsasında burada fəaliyyət göstərmir".

Sputnik Azərbaycan xəbər verir ki,  bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu qrup həkimlər ölkələr arasında olan əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər.