CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kommunal xidmətlərin qiymətində endirim olacaqmı?

Kommunal xidmətlərdə hər hansı sui-istifadələrin olmaması üçün bu model hökumət tərəfindən hazırlanıb ki, insanlar ƏDV-lərdən əldə etdikləri vəsaitlə kommunal ödənişlərini edə bilsinlər
Sputnik

BAKI, 15 avqust — Sputnik. "Bu gün biz beynəlxalq borclara getmirik, digər ölkələrdən fərqli olaraq. Bu gün Azərbaycanda ƏDV-lərin qaytarılması təcrübəsi də var. Hər bir vətəndaşımız bu vergi güzəştindən yararlana bilər. Bu da dövlətimizin qayğısının bir modelidir. Belə olan halda da ailə büdcəsinə müəyyən töhfə verilir.

Kommunal xidmətlərdə hər hansı sui-istifadələrin olmaması üçün bu model hökumətimiz tərəfindən hazırlanıb ki, insanlar ƏDV-lərdən əldə etdikləri vəsaitlə kommunal ödənişlərini edə bilsinlər".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.