CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu dəfə restoranın adı da kömək eləmədi, tapdılar, cərimələdilər

Obyektin icarədarı Yaşar Mövsümov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib
Sputnik

BAKI, 14 avqust — Sputnik. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib.

Bu dəfə restoranın adı da kömək eləmədi, tapdılar, cərimələdilər

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, şəhərin Heydər Hüseynov küçəsində yerləşən “Miraj” restoranının qaydaları pozaraq, müştəri qəbul etdiyi məlum olub. Obyektin icarədarı Yaşar Mövsümov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 3100 manat cərimə edilib.