RUSİYA

Buynuzlu cərimə meydançası: "qayda pozana" görə iki min ödəyəcəklər

Dağıstanda inəklər üçün cərimə meydançası yaradılıb. Heyvanları cərimə meydançasına düşən sahiblər onu geri almaq üçün iki min rubl cərimə ödəməli olurlar
Sputnik

BAKI, 14 avqust — Sputnik. Dağıstanda inəklər üçün cərimə meydançası yaradılıb. Bura sahibləri tərəfindən nəzarətsiz buraxılan heyvanlar salınır. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bir çox hallarda inəklər çəmənliklərdə yox, dayanacaqlarda peyda olur, qazonları otlayır, avtomobil yollarını bloklayırlar və sürücülərə getməyə imkan vermirlər.

Ona görə də heyvanları cərimə meydançasına düşən sahiblər onu geri almaq üçün iki min rubl cərimə ödəməli olurlar.

"Kiməsə güzəştə gedirik, endirim edirik, böyüklərə, nənələrə, pensiyaçılara heyvanlarını elə-belə qaytarırıq və bundan sonra onları çölə özbaşına açıb buraxmamağı xahiş edirik", - deyə Buynaksk şəhər Administrasiyasının əməkdaşı İbrahim Murtazaliyev bildirib.

O deyib ki, tərtib edilən qaydalara görə, əgər eyni adamın inəyi yenidən cərimə meydançasına düşərsə, onda sahibi beş min rubl ödəməlidir.