CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID-19 xəstələri həbs edildilər: başqalarını da yoluxdurmaq istəyirmişlər - FOTO

Xəbərdarlıq edərək bildiririk ki, bu qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar
Sputnik

BAKI, 14 avqust — Sputnik. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan şəxslər həbs ediliblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, polis əməkdaşlarının sanitar-gigiyenik qaydalara riayət etməklə həyata keçirdikləri əməliyyat nəticəsində bu hərəkətlərə yol verən Salyan rayon sakinləri Anar Vəliyev, Məmməd Ağayev, onun oğlu Elvin Ağayev və Kürdəmir rayon sakini Gülöyşə Əhmədovanın olduqları yerlər müəyyən edilib və onlar tutulublar.

COVID-19 xəstələri həbs edildilər: başqalarını da yoluxdurmaq istəyirmişlər - FOTO

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən Anar Vəliyev və Elvin Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

COVID-19 xəstələri həbs edildilər: başqalarını da yoluxdurmaq istəyirmişlər - FOTO

Daxili İşlər Nazirliyi hazırda COVID-19 virusundan müəlicə alan və həkim nəzarətində olan şəxslərdən özünütəcrid qaydalarına ciddi əməl etmələrini tələb edir. Xəbərdarlıq edərək bildiririk ki, bu qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar.