Xəzər rayonunda polislər iki nəfəri boğulmaqdan xilas edib

Hadisədən sonra xilas edilən şəxslər və onların yaxınları polislərə bu nümunəvi addımlarına görə öz təşəkkürlərini bildiriblər.
Sputnik

BAKI, 13 avqust — Sputnik. Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən çimərlikdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları, polis baş serjantı Tural Orucov, kiçin serjantlar Fuad Əhmədov, Ayxan Hüseynli və Fəqan İbrahimov spirtli içkinin təsiri altında dənizə girərək orada boğulmaq təhlükəsi ilə üzləşən 2 nəfərin həyatını xilas edib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, belə ki, həmin ərazidə xidmət aparan zaman polis əməkdaşları paytaxt sakinləri Faiq Seyidəhmədov və onu xilas etmək üçün suya atılan Seyidəhməd Vəliəhmədovun boğulmaq təhlükəsi ilə üz-üzə qaldıqlarının şahidi olublar.

Dərhal həyatlarını təhlükəyə altına qoyaraq suya atılan polis nəfərləri boğulmaq üzrə olan şəxsləri xilas ediblər. Vaxtında edilən kömək nəticəsində hər iki şəxsin həyatı xilas edilib.

Hadisədən sonra xilas edilən şəxslər və onların yaxınları polislərə bu nümunəvi addımlarına görə öz təşəkkürlərini bildiriblər.