Türk mədəniyyətinə ağır itki üz verib

Ankarada müalicə aldığı klinikaların birində dünyasını dəyişib. Bu barədə aktyorun həmkarları öz "Twitter" hesablarında yazıblar.
Sputnik

BAKI, 13 avqust — Sputnik. Türkiyənin məşhur aktrisası Meral Niron vəfat edib. 83 yaşlı aktrisa, Ankarada müalicə aldığı klinikaların birində dünyasını dəyişib. Bu barədə aktyorun həmkarları öz "Twitter" hesablarında yazıblar.

1937-ci ildə İzmirdə doğulan aktrisa, 100-dən artıq teatr tamaşasında rol alıb. Bir müddət radio sahəsində də çalışan aktrisa "Dəniz fənəri", "Fərhundə xanım", "Bizim evin halları", "Sürü", "Toy" və s. filmlərdə və seriallarda rol alıb.