Tramp proqnoz verdi: Bayden seçilsə, Çin dilini öyrənməli olacaqsız

Tramp deyib ki, qarşıdan gələn prezident seçkilərində onun rəqibi, demokratların namizədi Co Bayden qalib gələrsə, Çin ABŞ-a sahib olacaq, insanlar isə çin dilini öyrənməli olacaqlar.
Sputnik

 

BAKI, 12 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp bildirib ki, qarşıdan gələn prezident seçkilərində onun rəqibi, demokratların namizədi Co Bayden qalib gələrsə, Çin ABŞ-a sahib olacaq, insanlar isə çin dilini öyrənməli olacaqlar.

"Əgər o (Bayden) qalib gəlsə, onlar (Çin hakimiyyəti) ABŞ-a sahib olacaqlar, mənimlə isə onlar üçün 67 il ərzində ən pis il idi, çünki mən onları qoyduğum rüsumlarla daha çox lənətləyirdim. Çindən on milyardlarla dollar qazandıq və bu, Çinə böyük təsir, mənfi təsir göstərdi", - Tramp amerikalı jurnalist Hyu Hyustonla müsahibəsində deyib.

"Əgər mən seçkidə qalib gəlməsəm, Çin ABŞ-a sahib olacaq... Əgər həqiqəti bilmək istəyirsinizsə, sizə Çin dilində danışmağı öyrənmək lazım gələcək", - Tramp bildirib.

Tramp Baydenin seçimini təhlükəli adlandırıb

Tramp deyib ki, ÇXR lideri Si Cinpinlə münasibətləri koronavirusla bağlı vəziyyətə görə pisləşib. "Sədr Si ilə mənim çox yaxşı münasibətlərim olub. Mən hətta yaxşı yox, daha yaxşı deyərdim. Mən deyərdim ki, bizim çox gözəl münasibətlərimiz var idi... Ancaq Çin virusu ilə bağlı etdiklərinə görə onunla münasibətlərim artıq yaxşı deyil", - deyə ABŞ Prezidenti qeyd edib.

ABŞ hökuməti daha əvvəl Amerika tərəfinin yeni növ koronavirusun Uhan laboratoriyasında ortaya çıxdığına dair versiyalarını nəzərdən keçirdiyini və onun mənşəyini müəyyən etmək niyyətində olduğunu bəyan edib. Tramp, Pekinin COVID-19-u qəsdən yaydığı barədə məlumatların təsdiqini tapacağı təqdirdə, Çinin bunun nəticələrinə qatlaşmalı olacağı ilə hədələyib. Sonradan ABŞ-ın dövlət katibi Mayk Pompeo Çinin koronavirusla bağlı vəziyyəti gizlətdiyinə dair Vaşinqtonda sübutların olduğunu bəyan edib.

Çin hakimiyyəti dəfələrlə bəyan edib ki, lap əvvəldən koronavirus infeksiyası epidemiyası haqqında məlumatların dərc edilməsi ilə bağlı açıq və məsuliyyətli mövqe tutub.