CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Atasının boğazını kəsdiyi azyaşlı ilə bağlı ümidverici xəbər

Ömər Şabanova öz atası, 1970-ci il təvəllüdlü Emil Xazıyev tərəfindən xəsarət yetirilib və o bir neçə gündür reanimasiyada süni ventilyasiya aparatına qoşulub
Sputnik

BAKI, 12 avqust — Sputnik. Atasının boğazını kəsdiyi azyaşlının səhhətində irəliləyiş qeydə alınıb. Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, uşağın vəziyyəti yaxşılaşdığından o yaxın günlərdə evə buraxılacaq.

Xatırladaq ki, 2 yaşlı Ömər Şabanova öz atası, 1970-ci il təvəllüdlü Emil Xazıyev tərəfindən xəsarət yetirilib və o bir neçə gündür reanimasiyada süni ventilyasiya aparatına qoşulub.