SƏHİYYƏ

Qəlyan siqaretdən də zərərlidir. Səbəbi

Qəlyanın pis təmizlənməsi təkcə koronavirusun deyil, həm də vərəm, xolera və digər təhlükəli xəstəliklərin yayılması riskini yarada bilər.
Sputnik

BAKI, 11 avqust — Sputnik. Qəlyan çəkmək siqaret çəkməkdən daha zərərlidir. Bundan başqa, qəlyan vasitəsilə koronavirus infeksiyası yayıla bilər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Çoxları hesab edirlər ki, qəlyanın istifadəsi zərərsizdir, lakin məhz qəlyanda çoxlu sayda təhlükələr var və ilk növbədə söhbət yeni COVID-19 koronavirus infeksiyasından gedir", — məlumatda bildirilir.

Bununla yanaşı, qəlyanın pis təmizlənməsi təkcə koronavirusun deyil, həm də vərəm, xolera və digər təhlükəli xəstəliklərin yayılması riskini yarada bilər.