SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yeni nazir xarici siyasətin əsas prioritetini açıqladı

Nazir qeyd edib ki, ölkələr arasında münasibətlər olduqca genişdir və demək olar ki, bütün sahələri əhatə edir.
Sputnik

BAKI, 11 avqust — Sputnik. Azərbaycanla Türkiyə arasında münasibətlər ölkəmiz üçün olduqca vacib istiqamət və prioritetdir, biz bunu həmişə qeyd edirik.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ankarada rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, ölkələr arasında münasibətlər olduqca genişdir və demək olar ki, bütün sahələri əhatə edir.

"Bu günə kimi iki ölkə arasında müxtəlif sahələri əhatə edən 241 sənəd imzalanıb, 29 əlavə müqaviləyə baxılır və düşünürəm ki, onlar yaxın günlərdə imzalana bilər. Bütün sahələrdə münasibətlər çox dinamik inkişaf edir. 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 33 faiz artıb, 2020-ci ildə çətin şərtlərin olmasına baxmayaraq, ilk beş ayda ticarət dövriyyəsində 20 faiz artım olub. Azərbaycan kapitalı olan 2 minə yaxın şirkət Türkiyədə çalışır. Azərbaycanda isə 4 min Türkiyə şirkəti fəaliyyəti göstərir və bu günə qədər iqtisadiyyatımıza 12,6 milyard ABŞ dolları investisiya qoyublar", - deyə Ceyhun Bayramov qeyd edib.

Azərbaycanın Türkiyə və türk xalqının yanında olduğunu vurğulayıb: "Azərbaycan həmişə Türkiyənin haqq işini dəstəkləyir və türk xalqının yanındadır".