RUSİYA

Məktəblilər isti yeməklə təmin ediləcək

Məktəblilərin pulsuz qidalanması barədə Vladimir Putin hələ 2020-ci ilin yanvar ayında Federal Məclisə müraciətində demişdi.
Sputnik

BAKI, 11 avqust — Sputnik. Məktəblərin sentyabrın 1-nə hazırlanması bu gün Rusiya Prezidenti Vladimir Putinin hakimiyyət nümayəndələri ilə toplantısının əsas mövzusu olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ölkə başçısı bu məsələyə təkrar toxunub.

"İbtidai siniflərdə şagirdlərin isti yeməklərlə təmin edilməsi məsələsinə yenidən qayıtmaya bilmərəm. Mixail Vladimiroviç məktəblərin 75 faizinin müvafiq işləri həyata keçirməyə hazır olduğunu dedi. Bir tərəfdən 75% çoxdur. Ancaq demək istəyirəm ki, məktəblərin 25 faizinin hazır olmaması da çoxdur. Və mən bilmək istəyirəm ki, nə vaxt bütün Rusiya məktəbləri ibtidai sinif şagirdlərinə isti yeməkərin verilməsi prosesinə hazır olacaq.

Bunun üçün hökumətdən xahiş edirəm, ilk növbədə Sergey Sergeyeviç (maarif naziri Sergey Kravsov -red.), indi sizə, Rusiya Federasiyasının bölgə rəhbərlərinə, idarəyə, bölgələrdəki səlahiyyətli şəxslərə müraciət edirəm, nələrin baş verdiyini, harada baş verdiyini, bu problemin nəhayət və necə birdəfəlik həll ediləcəyini təhlil etsinlər" - deyə Putin bildirib.

Məktəblilərin pulsuz qidalanması barədə Vladimir Putin hələ 2020-ci ilin yanvar ayında Federal Məclisə müraciətində demişdi. O zaman Putin 1-4 sinif şagirdlərinin yeməklə təmin edilməsini təklif etmişdi.