BAKI, 9 avqust — Sputnik. Birləşmiş Ştatların sabiq prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays "Netflix" şirkətində olan səhmlərini satıb. Sputnik Azərbaycan "The Wall Street Journal"a istinadən xəbər verir ki, o, bu səhmləri 2018-ci ilin mayında şirkətin direktoru olduğu zaman alıb.
Suzan Rays demokratlar partiyasının prezidentliyə namizədi Co Baydenin vitse-prezident postuna ən əsas namizədidir.
Qeyd olunur ki, sabiq müşavir səhmlərin satışından 305 milyon dollar qazanıb.
Baydenin vitse-prezident postuna öz namizədini gələn həftə açıqlayacağı gözlənilir.