Tramp öz ölkəsinin şirkətinə ciddi problemlər yaradıb

Əgər qurğuda "WeChat"i yükləmək imkanı olmayacaqsa, Çindəki alıcılar "Apple" məhsullarında maraqlı olmayacaqlar
Sputnik

BAKI, 8 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp "TikTok" və "WeChat"lə mübarizəyə dair fərmanları ilə "Apple" şirkətinin məhsullarının Çində satışı üçün təhlükə yaradıb.

Sputnik Azərbaycan "Bloomberg"ə istinadən xəbər verir ki, Amerika liderinin qadağasına əsasən, bu tətbiqləri "App Store"da yaymaq mümkün olmayacaq, onlarla bağlı bütün maliyyə əməliyyatları isə bloklanacaq.

Dediyini etdi! Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzalayıb

"Bloomberg"in məlumatına görə, "WeChat" tətbiqi çoxlu sayda servisi əvəz edir: onun vasitəsilə alış-veriş, müxtəlif ödəmələr həyata keçirilir, ondan zəng, elektron poçt, "bütün növ şəxsi və işgüzar ünsiyyət" üçün istifadə olunur. "WeChat"i turistlər də yükləməlidirlər, əks halda, onlar hətta kiçik alış-verişləri ödəyə bilməmək riski ilə üzləşə bilərlər.

Beləliklə, əgər qurğuda "WeChat"i yükləmək imkanı olmayacaqsa, Çindəki alıcılar "Apple" məhsullarında maraqlı olmayacaqlar. Keçirilmiş sorğunun nəticələrinə əsasən, əgər bu tətbiqi yükləmək mümkün olmasa, vətəndaşların çoxu qadcetdən imtina etməyə hazırdırlar.

"iPhone"un satışının 20%-dən çoxu Çinin payına düşür, ona görə də "WeChat"in "App Store"dan çıxarılması şirkət üçün ciddi maneə olacaq. "Bloomberg Intelligence"in analitiki Anand Şrinivasan bu fikirdədir.

Avqustun 7-də Donald Tramp ABŞ şirkətlərinə "TikTok" və "WeChat"in mülkiyyət sahibləri olan şirkətlərlə razılaşmalara son qoymaları üçün 45 gün vaxt verib. Ağ Ev iddia edir ki, Çin tətbiqləri ABŞ-ın milli təhlükəsizliyinə təhdiddir. Tramp bu fərmanı ABŞ-ın "Microsoft" və Çinin "ByteDance" şirkətləri arasında "TikTok"un alınmasına dair danışıqlar gedən vaxtda imzalayıb.