QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qondarma rejim ehtiyatda olanları "xidmətə" çağırdı

Qondarma rejimin "müdafiə nazirliyi" 40 yaşına qədər ehtiyatda olan şəxslərin müqavilə əsasında xidmətə qəbulu barədə məlumat yayıb
Sputnik

BAKI, 8 avqust — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin "müdafiə nazirliyi" 40 yaşına qədər ehtiyatda olan şəxslərin müqavilə əsasında xidmətə qəbulu barədə məlumat yayıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumata əsasən, qondarma rejim minatəmizləyənləri, artilleriya atıcılarını, atıcıları, qumbaraatanları, pulemyotçuları, mühəndis istehkamçılarını, sürücüləri, mexanikləri, avtoelektrik, qaz və elektrik qaynaqçılarını, ekskavator və buldozer sürücülərini xidmətə dəvət edir.