CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İqtisadiyyatın dirçələcəyinə ümidlər: Agentlik 3 min nəfər hazırlayır

Keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşə-ixtisas sahələri üzrə işləmək bacarığına malik olacaqlar
Sputnik

BAKI, 8 avqust — Sputnik. Dövlət Məşğulluq Agentliyi gələn ildən beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığına başlayacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurumun nəzdində olan agentlik ilk mərhələ kimi, 2021-ci ildə 3 min nəfər İSO (Keyfiyyət idarəetmə sistemləri üzrə)  standartlarına uyğun mütəxəssis hazırlığını həyata keçirməyi planlaşdırır. Bu, istehsalatda innovativ texnologiyaların tətbiqinin geniş vüsət aldığı şəraitdə işçi qüvvəsinin həmin standartlar əsasında rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. Qeyd edilən mütəxəssis hazırlığının təşkili üçün hazırda beynəlxalq tərəfdaşlarla da müzakirələr aparılır.

Keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşə-ixtisas sahələri üzrə işləmək bacarığına malik olacaqlar.