ABŞ prezidentlərini düzgün "tapan" professor Tramp haqda proqnoz verdi

Noyabr ayında keçiriləcək prezident seçkisində kimin qalib olacağı barədə fikir bildirən Lixtman qeyd edib ki, Ağ Evin indiki sahibi öz postunu itirəcək.
Sputnik

BAKI, 8 avqust — Sputnik. ABŞ-da beş prezident seçkisinin nəticələrini düzgün proqnozlaşdıran Amerika Universitetinin professoru Allan Lixtman Birləşmiş Ştatlarda bu ilin noyabrında keçiriləcək seçkilərə dair proqnoz verib. Bu barədə Sputnik Azərbaycan "CNN"ə istinadən xəbər verir.

Noyabr ayında keçiriləcək prezident seçkisində kimin qalib olacağı barədə fikir bildirən Lixtman qeyd edib ki, Ağ Evin indiki sahibi öz postunu itirəcək. Bununla da o, Demokratlar partiyasının namizədi Co Baydenin qələbə qazanacağını proqnozlaşdırıb.

Qeyd edək ki, qalibi müəyyənləşdirmək üçün tarixçi özünəməxsus iqtisadiyyat, tutduğu vəzifə, sosial iğtişaşlar və qalmaqallar, həmçinin namizədin şəxsi xarizması kimi faktorların qiymətləndirildiyi "13 açar" sxemindən istifadə edir.