BAKI, 8 avqust — Sputnik. Livanın paytaxtı Beyrutda hökumətə qarşı etiraz edənlər Əşrəfiyyə rayonunda yerləşən Xarici İşlər Nazirliyinin binasını ələ keçiriblər.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, binaya daxil olan kütlə “Beyrut – hərbsizləşdirilmiş şəhərdir!” və “İnqilab paytaxtı” yazılan şüarlar açıblar.
Livan XİN-in binası avqustun 4-də limanda baş verənb güclü partlayış zamanı güclü zədələnib.
Minlərlə adam Beyrut küçələrində hakimiyyətin istefası və islahatlar tələbilə mitinqə çıxıb. İnsanlar polisə daş və petarda tullayırlar. Polis isə onlara qarşı gözyaşardıcı qazdan istifadə edir. Qırmızı Xaç və Mülki müdafiənin maşınları parlament binası yaxınlığında xəsarət alanlara yardım göstərir. Yaralıların sayının artıq 130-a çatdığı bildirilir.
Livan hərbçiləri nümayişçilərin ələ keçirdikləri XİN binasına daxil olublar. Bu barədə Al-Jadeed telekanalı məlumat verib. Reuters-in məlumatına görə şəhərin mərkəzində atəş səsləri eşidilir.