BAKI, 8 avqust — Sputnik. Ötən həftənin ən dəhşətli hadisəsi Livanın paytaxtı Beyrutda baş verdi. Oradakı liman anbarlarında təhlükəsizlik qaydaları pozulmaqla saxlanan 2,7 ton ammonium nitrat partlayaraq 158 nəfərin ölümünə, 5 min nəfərin yaralanmasına səbəb oldu. Partlayış yaxınlığındakı binalara, infrastruktura ciddi ziyan dəydi.
Almaniyada etiraz aksiyaları keçirildi. Berlindəki mitinqdə 20 mindən çox insan koronavirus pandemiyası səbəbindən tətbiq edilən məhdudlaşdırma qaydalarına etiraz edirdi. Qonşu Fransada isə həmin ərəfədə meşə yanğınları başladı. Ölkənin cənubunda, minlərlə hektar meşənin məhv olduğu ərazilərdən 2700 nəfər təxliyə edildi. Yanğın yaşayış evlərinə yaxınlaşmaqdadır, bir neçə ev zərər görüb.
Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.