CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Alovlanma başlasa, yenidən bağlanmalara məcbur olacağıq" - Şahmar Mövsümov

"Əgər virusun sürətini aşağı salsaq, yumşalmalar mümkün qədər uzun olacaq, yenidən alovlanma başlasa, təbii ki, yenidəın bağlanmalara məcbur olacağıq" - Şahmar Mövsümov
Sputnik

BAKI, 8 avgust — Sputnik. Bu gün Baş Nazir Əli Əsədov icra qurumlarının rəhbərləri ilə böyük iclas keçirəcək.

Sputnik Azərbaycan bildirir ki, bunu  Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov  söyləyib. İclas koronavirusun yayılma sürəti və karantin qaydalarına nəzarət ilə bağlı keçiriləcək.

Şahmar Mövsümovun sözlərinə görə, Azərbaycanda aparılan yumşalmalar dünya ölkələrinin təcrübəsinə uyğun aparılır və bundan sonra da davam etdiriləcək: "Qarşımızda duran ən vacib məsələ - virusun yoluxma sürətinin qarşısının alınmasıdır. Burada 3 əsas istiqamət var. Birincisi, tətbiq olunan karantin rejiminin qaydalarına ciddi riayət etmək - maska taxmaq, sosial məsafəni gözləmək və sairdir. İkincisi - bu qaydalara əməl olunmasına nəzarət olunmasıdır. Bu məsələ Baş Nazirin keçirəcəyi iclasda ciddi müzakirə obyekti olacaq. Üçüncü istiqamət isə koronavisa yoluxanların erkən təyin edilməsi və vaxtında təcrid edilməsidir".

"Əgər virusun sürətini aşağı salsaq, yumşalmalar mümkün qədər uzun olacaq, yenidən alovlanma başlasa, təbii ki, yenidən bağlanmalara məcbur olacağıq", - Ş.Mövsümov əlavə edib.

Ş.Mövsümov qeyd edib ki, yumşalmalar bəzi insanları  koronavirus pandemiyasının olmadığı qənaətinə gətirir, amma bu yanlışdır: "Virus var, heç yana itməyib".