BAKI, 8 avqust — Sputnik. Livanın paytaxtı Beyrutun mərkəzində, parlament binasının qarşısında etiraz edən insanlarla polis arasında toqquşma olub, tərəflər bir-birinə qarşı gözyaşardıcı qaz və daşlardan istifadə edirlər.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, yerli vaxtla 16:00-da hökumət əleyhinə mitinq başlayıb və dərhal da iğtişaşa çevrilib.
RİA Novosti-nin müxbirinin bildirdiyinə görə, polis insan kütləsini parlamentdən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edir. Mitinq edənlər isə cavabında polisə daş yağdırırlar.
Vaxtaşırı polislər kütlənin və atılan daşların təzyiqi altında geri çəkilirlər. İğtişaş bölgəsinə güc strukturlarının əlavə qüvvələri göndərilir.
Qeyd edək ki, bir neçə gün əvvəl, avqustun 4-də Livan paytaxtı güclü partlayışdan sarsılmışdı. Liman ərazisindəki anbarlarda saxlanan 2,7 ton ammonium nitrat partlayaraq 158 nəfərin ölümünə, 5 mindən artıq insanın xəsarət almasına səbəb olmuşdu.