Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri azaldılıb-SƏBƏB

DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 milyard 784 milyon 700 min manat, xərcləri 4 milyard 784 milyon 700 min manat məbləğində təsdiq edilib
Sputnik

BAKI, 7 avqust — Sputnik. 2020-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri azaldılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 milyard 784 milyon 700 min manat, xərcləri 4 milyard 784 milyon 700 min manat məbləğində təsdiq edilib. Bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır. Azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunub.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.