SƏHİYYƏ

İyirmi milyonadək insanın həyatını təhdid edən "əjdaha"nın sonuna az qaldı

Kanzas Universitetinin mütəxəssisləri koronavirusa qarşı terapevtik vasitəni sınaqdan keçiriblər və SARS-CoV-2 virusunun inkişafında 3CLpro proteazının əsas ferment olduğunu aşkar ediblər.
Sputnik

BAKI, 6 avqust — Sputnik. Alimlər "SARS-CoV-2" virusunun "zəif yerini" aşkar ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Science Daily" portalında dərc edilmiş məlumatda deyilir.

Kanzas Universitetinin mütəxəssisləri koronavirusa qarşı terapevtik vasitəni sınaqdan keçiriblər və SARS-CoV-2 virusunun inkişafında 3CLpro proteazının əsas ferment olduğunu aşkar ediblər.

Bu proteazın inhibitorlarından laboratoriya siçanları üzərində istifadə zamanı virusun replikasiyasının dayandığı ortaya çıxıb.

Tədqiqatçıların sözlərinə görə, virusun bu "zəif yeri"nə belə bir təsir yalnız MERS virusunun deyil, həm də MERS-CoV və SARS-CoV-2 koronavi̇rusunun qarşısını almağa imkan verir. Mütəxəssislər növbəti addım kimi dərman vasitəsinin insanlarda effektivliyini yoxlamağın zərurətini vurğulayırlar.

Dünyada koronavirusa yoluxanların sayı 18 812 355-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.