CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID-19-dan ölüm riskini artıran gözlənilməz amil açıqlanıb

Alimlər 40 dərəcədən yuxarı və 35,5 dərəcədən aşağı hərarətin koronavirus xəstələri üçün təhlükəli olduğunu müəyyən ediblər
Sputnik

 

BAKI, 6 avqust — Sputnik. Alimlər koronaviruslu xəstələrdə ölüm riskinə təsir edən yeni bir amil aşkar ediblər. Müvafiq tədqiqat BMC Medicine portalında dərc edilib.

Sina dağındakı İkana Tibb Məktəbinin Ürək-damar tədqiqat Mərkəzinin mütəxəssisləri 7614 nəfərin xəstəlik tarixini təhlil ediblər. Onlar pasiyentin həm xəstəliyin başladığı, həm də sonrakı gedişatı zamanı hərarəti arasındakı əlaqəni izləyiblər.

Tədqiqatçılar koronavirus xəstəliyində bədənin hərarətinin ölümcül nəticələrlə bağlı riskləri göstərə biləcəyi qənaətinə gəliblər. Bununla yanaşı, 40 dərəcədən yuxarı və 35,5 dərəcədən aşağı hərarətin təhlükəli olduğu müəyyən edilib.

Alimlər qeyd edirlər ki, bədən hərarətinin izlənməsi koronavirus xəstələrində mümkün risklər barədə proqnoz verməyə imkan verən mühüm qeyri-invaziv bir yoldur.