FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Xirosima və Naqasaki kimi: Beyrutdakı dəhşətli partlayışın nəticələri

Sputnik

BAKI, 5 avqust — Sputnik. Avqustun 4-ü axşam saatlarında Beyrutu güclü partlayışlar silkələyib. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş verib.

İlkin versiyaya görə, burada 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

Güclü partlayışlar nəticəsində həlak olanların sayı artıq 100 nəfəri ötüb, dörd mindən çox adam yaralanıb. Bununla yanaşı, Livan hakimiyyəti çoxlu sayda itkin düşmüş şəxslərin olması səbəbindən qurbanların sayının artacağını gözləyir.

Dağıntıların altından indiyədək cəsədlər çıxarılır. Livan paytaxtının xəstəxanaları sözün əsl mənasında yaralılarla dolub.

Livan prezidenti çərşənbə günündən başlayaraq üç günlük matəm elan edib. Bundan başqa, Beyrutda iki həftəlik fövqəladə vəziyyət tətbiq edilib ki, bu şəraitdə hakimiyyət təhlükəsizliyi təmin etmək üçün ordudan istifadə edə bilər. Şəhərə fəlakət zonası statusu verilib.

1 / 20
Beyrutdakı partlayışın nəticəsi
2 / 20
Beyrutdakı partlayışın nəticəsi
3 / 20
Beyrutdakı partlayışın nəticəsi
4 / 20
Beyrutdakı partlayışın nəticəsi
5 / 20
Beyrutdakı partlayışın nəticəsi
6 / 20
Beyrutdakı partlayışın nəticəsi
7 / 20
Beyrutdakı partlayışın nəticəsi
8 / 20
Beyrutdakı partlayışın nəticəsi
9 / 20
Beyrutdakı partlayışın nəticəsi
10 / 20
Beyrutdakı partlayışın nəticəsi
11 / 20
Beyrutdakı partlayışın nəticəsi
12 / 20
Beyrutdakı partlayışın nəticəsi
13 / 20
Beyrutdakı partlayışın nəticəsi
14 / 20
Beyrutdakı partlayışın nəticəsi
15 / 20
Beyrutda partlayış
16 / 20
Beyrutdakı partlayışın nəticəsi
17 / 20
Beyrutdakı partlayışın nəticəsi
18 / 20
Beyrutdakı partlayışın nəticəsi
19 / 20
Beyrutdakı partlayışın nəticəsi
20 / 20
Beyrutdakı partlayışın nəticəsi