"TurAz Qartalı - 2020" təlimlərinə döyüş helikopterləri də cəlb edilib - VİDEO

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.
Sputnik

BAKI, 5 avqust — Sputnik. Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı - 2020" birgə taktiki-uçuş təlimləri davam edir.

Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.