SƏHİYYƏ

TƏBİB sədri: "Açılan modul tipli xəstəxanalardan yalnız 5-dən istifadə etmişik"

Ramin Bayramlının sözlərinə görə, əlavə olaraq bura yeni xəstəxanalar cəlb edilib: "Eyni zamanda, FHN-in 800 çarpayılıq modul tipli xəstəxanası fəaliyyət göstərir"
Sputnik

BAKI, 5 avqust — Sputnik. “İyun-iyul aylarında koronavirusa yoluxmada təkrar artım müşahidə olundu, xüsusən Bakı şəhərində”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətini sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, əlavə olaraq bura yeni xəstəxanalar cəlb edilib. “Bu tibb müəssisələrinin sayını təxminən 46-ya çatdırdıq. Burada hər biri 200 çarpayılıq olmaqla, 10 modul tipli xəstəxana var. Eyni zamanda, FHN-in 800 çarpayılıq modul tipli xəstəxanası fəaliyyət göstərir. Bu xəstəxananın əlavə 1200 yatağa çatdırılması gözlənilir. Açılan modul tipli xəstəxanalardan yalnız 5-ni istifadə etmişik”, - deyə R. Bayramlı qeyd edib.