BAKI, 5 avqust – Sputnik. “Axşam pik saatlarında sərnişin axınını idarə etmək üçün ekspress xətlər üzrə ehtiyat avtobuslar cəlb edilib”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Facebook”da yazıb.
Onun sözlərinə görə, ehtiyat avtobuslar əsasən ən çox tələbat olan istiqamətlərdə - metronun “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “”20 Yanvar” və “İçərişəhər” stansiyaları istiqamətində toplanıb: "Eyni qaydada səhər pik saatlarında tələbat olan istiqamətlərdə qabaqlayıcı tədbirlər görülür".