BAKI, 5 avqust — Sputnik. Son bir sutka ərzində Rusiyada 5204 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 139 nəfər ölüb.
Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 866627-yə çatıb. Rusiyada pandemiya yayılandan 14490 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 7555 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 669026-ya çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 18,5 milyonu keçib, 700 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.