BAKI, 5 avqust — Sputnik. Belarus rəhbərliyinin Rusiyadan düşmən obrazı düzəltmək və bunun köməyi ilə siyasi nəticələrə nail olmaq cəhdləri kədərli nəticələrə səbəb olacaq. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedyev bildirib.
Onun sözlərinə görə, Rusiya-Belarus münasibətləri seçki kampaniyasında adi məsələyə dönüb: "Bundan sonra da "istəyir, lap dünya dağılsın. Eybi olmaz, bunu ruslarla həll edəcəyik. Bu yalnız inciklik hissinə səbəb olmur, bu həm də olduqca kədərlidir".
Qeyd edək ki, ötən gün Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkiləri ərəfəsində xalqa və parlamentə müraciətində bildirib ki, Rusiya Belarusu itirməkdən qorxur.
"Rusiya bizi itirməkdən qorxur. Çünki bizdən başqa onun həqiqi yaxın tərəfdaşı qalmayıb. Qərb də son zamanlar bizə predmetli maraq göstərir. Çin də öz dostunun sabitliyinə ümid bəsləyir", - deyə Lukaşenko qeyd edib.
O eyni zamanda vurğulayıb ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Rusiya həmişə Belarusun müttəfiqi olacaq: "Belarus və ya Rusiyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Rusiya həmişə bizim ən yaxın müttəfiqimiz olub, müttəfiqimizdir və müttəfiqimiz olaraq qalacaq".