Türkiyədə güclü zəlzələ olub

Yeraltı təkanlar şəhərin Pütürge rayonunda 7 km dərinlikdə meydana gəlib. Dağıntı və itki barədə hələlik məlumat verilməyib.
Sputnik

BAKI, 4 iyul – Sputnik. Türkiyənin Malatya şəhərində 5,2 bal gücündə zəlzələ olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar şəhərin Pütürge rayonunda 7 km dərinlikdə meydana gəlib.

Dağıntı və itki barədə hələlik məlumat verilməyib.