Su problemi tezliklə həllini tapacaq?

Onun sözlərinə görə, hazırda isə hədəf insanların içməli suya və suvarma suyuna tələbatını 100 faiz təmin etməkdən ibarətdir.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 avqust — Sputnik. Hazırda Neftçalada vəziyyət gərgindir. Xəzər dənizinin Kürün suyuna qarışması ilə bağlı Neftçala şəhəri və rayonun 38 kəndi içməli sudan məhrum olub. Fövqəladə Hallar Nazirliyi, rayon icra hakimiyyəti və Azərsu ASC-nin dəstəyi ilə orada həm maşınlarla və modul tipli qurğularla su daşınır. Çənlər quraşdırılıb.

Qeyd edək ki, hazırda ölkə ərazisində su qıtlığı müşahidə edilir.

Millət vəkili Sevinc Hüseynova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, su problemlərinin həlli ilə bağlı mühüm tədbirlər keçirilməyə başlayıb.

Su problemi tezliklə həllini tapacaq?

Millət vəkili bildirib ki, bir müddət əvvəl ölkə başçısının rəhbərliyi su məsələsinə həsr olunmuş müşavirə də bunu təsdiqləyir: Belə ki, görülən işlər nəticəsində Bakıda içməli su təminatı 40 faizdən 80 faizə, regionlarda isə 9 faizdən 63 faizə çatdırılıb. Eləcə də, ötən müddət ərzində yeni su anbarlarının tikintisi, artezian quyularının qazılması bu prosesə əhəmiyyətli təsir göstərib".

Onun sözlərinə görə, hazırda isə hədəf insanların içməli suya və suvarma suyuna tələbatını 100 faiz təmin etməkdən ibarətdir.

"Cənab Prezidentin "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalaması da bu məqsədə xidmət edir", - deyə S.Hüseynova vurğulayıb.