CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rayonlara gediş-gəliş məsələsinə baxılacaq

"Bakıda yoluxma tendensiyası var. Regionlarla açılmalar olduğu təqdirdə, bu, orada da yoluxmaların artmasına təsirini göstərə bilər"
Sputnik

BAKI, 3 avqust — Sputnik. "Rayonlara gediş-gəliş məsələsi müzakirə olunur. Müxtəlif qaydalar üzrə fikir yürüdülür".

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Bakıda yoluxma tendensiyası var: "Regionlarla açılmalar olduğu təqdirdə, bu, orada da yoluxmaların artmasına təsirini göstərə bilər. Buna görə də kompleks şəkildə epidemioloji vəziyyət qiymətləndirilərək rayonlara yolların açılması barədə qərar veriləcək".