BAKI, 3 avqust — Sputnik. “Miss Azərbaycan-2019” titulunun sahibi Səmra Hüseynova sosial şəbəkə istifadəçilərini onların suallarına verdiyi cavablarla şok edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Səmra onunla necə tanış olmağın asan yolunu da deyib.
Model Instagram-dakı izləyicilərinin suallarına cavab vermək qərarına gəlib. Sualların çoxu isə onun şəxsi həyatına aid olub. Bir çoxları onunla tanış olmaq arzularını dilə gətiriblər, Səmra isə deyib ki, bunun üçün içində pul olan zərf və yaxud da brilyant hədiyyə eləmək yetər.
Qiz deyib ki, dörd aydır ki, karantin ucbatından pul qazana bilmir.
Səmra Hüseynova on ilə yaxındır ki, model biznesindədir, bir çox beynəlxalq və yerli dəb layihələrində, məşhur dizaynerlərin defilelərində iştirak edib. Uzun müddət xaricdə işləyib.
2019-cu ildə “Miss Azərbaycan” titulunu qazanıb. Hüseynova azərbaycanlı həmkarlarından açıq-saçıq layihələrdə iştiraka hazır olmasıyla seçilir.