CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metro niyə bağlı qaldı?

Mütəxəssislər yeraltı, dar, mərkəzləşmiş ventilyasiya sistemi olan məkanda virusun təkrarən hərəkət edərək yoluxmanı artıra biləcəyini deyirlər
Sputnik

BAKI, 3 avqust — Sputnik. İctimai nəqliyyat vasitələrinin hərəkəti dəfələrlə kompleks şəkildə müzakirə olunub. Xarici ölkələrdəki təcrübə də nəzərə alınıb. Xarici ekspertlərin də bu barədə fikirləri dinlənilib. Metronun avqustun 31-dək fəaliyyətinin dayandırılması barədə məhdudiyyət qüvvədə qalır.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanın Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib

Onun sözlərinə görə, texniki, epidemioloji, havalandırma sistemi ilə bağlı məqamlar var ki, mütəxəssislər yeraltı, dar, mərkəzləşmiş ventilyasiya sistemi olan məkanda virusun təkrarən hərəkət edərək yoluxmanı artıra biləcəyini deyirlər: "Buna görə də metronun işə salınması məqsədəuyğun deyil. Bakı Nəqliyyat Agentliyi qarşısında tələb qoyulub ki, avqustun 31-dək sərnişindaşımanı təmin etsin".