CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evlənmək, nişanlanmaq və ölmək qadağandır - QƏRAR

Operativ Qərargah yenə yenə insanların ailə qurmasına və yaxud vəfat etmiş insana görə onun yaxınına şəxsən hüznünü bildirməsinə imkan verməyəcək.
Sputnik

BAKI, 3 avqust - Sputnik. 2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlər qüvvədə saxlanılıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejimi çərçivəsində tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi, toy məclislərinin təşkili qadağan olunur.