CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu tarixdə SMS icazə ləğv edilir

Xatırladaq ki, bir müddət öncə də Operativ Qərargah SMS icazəni ləğv etmiş, daha sonra isə bərpası barədə qərar vermişdi.
Sputnik

BAKI, 3 avqust — Sputnik. 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.