BAKI, 2 avqust — Sputnik. Finlandiyanın Baş Naziri Sanna Marin futbolçu Markus Raykkonenə ərə gedib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.
Toy Baş Nazirin iqamətgahında, dostların və qohumların iştirakı ilə keçirilib.
Cütlük 16 ildir ki, birlikdədir. İki il yarım əvvəl onların bir qızı da doğulub.
Sanna Marin ötən ildən Finlandiya hökumətinə rəhbərlik edir. O zaman bəzi siyasətçilər onun vaxtilə kassir işləməsinə lağ etmişdilər, yeni seçilən Baş Nazir isə Finlandiyanın təhsil sistemini tərifləyərək: "Finlandiya ilə çox qürur duyuram. Burada kasıb ailənin uşağı təhsil alıb həyatında bir çox şeyə nail ola bilər. Mağazanın kassiri isə Baş nazir ola bilər", - deyə tvit atmışıdı.