RUSİYA

Əvvəl risk qrupundakılar, sonra isə hamı - kütləvi peyvəndin başlama tarixi uzaqda deyil

Pandemiya başlayandan dünyadan koronavirusa yoluxanların sayı 18 milyonu ötüb. Bunlardan 688 718 nəfər COVID-19-dan dünyasını dəyişib. 11,3 milyon insan isə sağala bilib. Ölüm faizi ümumilikdə 6 faiz təşkil edib
Sputnik

BAKI, 2 avqust — Sputnik. “Vektor” dövlət elmi mərkəzi koronavirus əleyhinə peyvəndin noyabrda istehsalını planlaşdırır. Sputnik Azərbaycan bildirir ki, bu barədə mərkəzin rəhbəri Rinat Maksyutov “Rossiya-1” telekanalına müsahibəsində deyib.

“İstahsala başlamağı biz artıq bu ilin noyabrında planlaşdırırıq. Ona görə də ilin sonuna, gələn ilin əvvəlinə, ən azı, risk qrupundan olunanların vaksinasiya olunmasından, sonra isə kütləvi peyvənddən danışmaq olar”, - Maksyutov deyib.

Avqustun 1-də Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirmişdi ki, rusiyalılar üçün koronavirus əleyhinə vaksin pulsuz olacaq.

“Vektor” elmi mərkəzi könüllülər üzərində peyvəndin sınağının keçirilməsi üçün icazə alıb.

Koronavirus öləcək: maskanı benzinə batırın...

Xatırladaq ki, SARS-CoV-2 yeni tip koronavirus ötən ilin sonunda Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə epidemiyanı pandemiya elan edib.

Pandemiya başlayandan dünyadan koronavirusa yoluxanların sayı 18 milyonu ötüb. Bunlardan 688 718 nəfər COVID-19-dan dünyasını dəyişib. 11,3 milyon insan isə sağala bilib. Ölüm faizi ümumilikdə 6 faiz təşkil edib.

Sutka ərzində 247 min nəfər yoluxub, ölənlərin sayı 5931 nəfər olub. Xəstələrin sayına görə ABŞ liderdir. Bu ölkədə 4,7 milyon nəfər SARS-CoV-2 koronavirusuna yoluxub. İkinci pillədə 2,7 milyon COVID-19 xəstəsi sayı ilə Braziliya qərarlaşıb. 1,7 milyon nəfər xəstəsi olan Hindistan üçüncü pillədədir. İlk beşliyə Rusiya (845 min) və CAR (503 min) də daxildir.