BAKI, 2 avqust — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 286 yeni yoluxma faktı qeydə alınıb, 639 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Ölkəmizdə indiyədək ümumilikdə 32443 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 27113 nəfər müalicə olunaraq sağalıb, 462 nəfər vəfat edib, aktiv xəstə sayı 4868 nəfərdir.